AZ

300 bal topladı- SİYAHIDA OLMADI

Ajans.az xəbər verir ki, “Azərbaycan müəllimi”nə danışan Əhməd Hüseynov bildirib ki, məktəbdə əsas xarici dil rus dili olsa da, o, özünü bu fəndə zəif hiss etdiyi üçün imtahanda ingilis dilini seçib: “Çünki ingilis dilini daha yaxşı bilirdim. Həm də düşünürəm ki, müasir dövrdə ingilis dili daha vacib və perspektivli dildir”. Əhməd deyir ki, nəticəsini ilk dəfə hazırlıq müəllimlərinin yaratdığı qrupda öyrənib: “Müəllimimiz qrupa yazdı ki, 300 bal toplamışam. Bu xəbər məni çox sevindirdi. Həm qürurverici, həm də həyəcanlı an idi”. O bildirib ki, uğurunun arxasında uzun illərin zəhməti dayanır: “1-ci sinifdən dərslərimi yaxşı oxumuşam. Müəllimlərim və valideynlərim hər zaman mənə dəstək olublar”. Əhməd əsas diqqəti zəif olduğu mövzulara yönəltdiyini də qeyd edib: “Riyaziyyatda boşluqlarımı doldurmaq üçün çox çalışdım. Azərbaycan dilində mətnlər üzərində işlədim, ingilis dilində isə söz ehtiyatımı artırmağa çalışdım”. Gələcəkdə İT sahəsi üzrə ingilisdilli təhsil almaq istədiyini deyən abituriyent digər şagirdlərə də tövsiyə verib:

“Özünüzə inanın, planlı çalışın və vaxtınızı düzgün idarə edin. Mümkünsüz heç nə yoxdur”.

Seçilən
31
5
Ajans.az

6Mənbələr