AZ

On yaşında tərk etdiyi Xocalıya on övladı ilə birgə QAYITDI

Xocalı rayonu Təzəbinə kəndinin sakini Anar Buludxanov 10 yaşında tərk etdiyi doğma yurda indi 10 övladı ilə birlikdə qayıtdığını deyib.

Bizim.Media xəbər verir ki, o “report.az”a açıqlamasında uzun illərdən sonra doğulub-böyüdüyü kəndə dönməyin sevincini yaşadığını bildirib.

A.Buludxanov Təzəbinə kəndində ən çoxsaylı ailənin başçısı olduğunu vurğulayıb:

"Kənddən çıxanda 10 yaşım vardı, yalnız 44 yaşımda doğma ocağımıza qayıtdım. Ailəm 12 nəfərdən ibarətdir, kənddə ən çoxsaylı ailəyik. 6-sı oğlan, 4-ü qız olmaqla 10 övladım var. Böyük övladım 19, kiçiyi isə 1 yaşındadır. Sevinirəm ki, övladlarıma Qarabağımızı, kəndimizi sevdirə bilmişəm. Bundan sonra kəndimizin abadlığı, çiçəklənməsi üçün çalışacağıq".

Bizim.Media

Seçilən
18
4
bizim.media

5Mənbələr