AZ

Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Xocalı rayonu Təzəbinə kəndinin sakini Anar Buludxanov 10 yaşında tərk etdiyi doğma yurda indi 10 övladı ilə birlikdə qayıtdığını deyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o uzun illərdən sonra doğulub-böyüdüyü kəndə dönməyin sevincini yaşadığını bildirib.

A.Buludxanov Təzəbinə kəndində ən çoxsaylı ailənin başçısı olduğunu vurğulayıb:

"Kənddən çıxanda 10 yaşım vardı, yalnız 44 yaşımda doğma ocağımıza qayıtdım. Ailəm 12 nəfərdən ibarətdir, kənddə ən çoxsaylı ailəyik. 6-sı oğlan, 4-ü qız olmaqla 10 övladım var. Böyük övladım 19, kiçik övladım isə 1 yaşındadır. Sevinirəm ki, övladlarıma Qarabağımızı, kəndimizi sevdirə bilmişəm. Bundan sonra kəndimizin abadlığı, çiçəklənməsi üçün çalışacağıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
4
baku.ws

5Mənbələr