AZ

10 yaşında tərk etmək məcburiyyətində qaldığı Xocalıya 10 övladı ilə qayıtdı

 

Xocalı rayonu Təzəbinə kəndinin sakini Anar Buludxanov 10 yaşında tərk etmək məcburiyyətində qaldığı doğma yurda indi 10 övladı ilə birlikdə qayıtdığını deyib.

O, açıqlamasında uzun illərdən sonra doğulub-böyüdüyü kəndə dönməyin sevincini yaşadığını bildirib.

A.Buludxanov Təzəbinə kəndində ən çoxsaylı ailənin başçısı olduğunu vurğulayıb:

"44 yaşımda doğma ocağımıza qayıtdım. Ailəm 12 nəfərdən ibarətdir, kənddə ən çoxsaylı ailəyik. 6-sı oğlan, 4-ü qız olmaqla 10 övladım var. Böyük övladım 19, kiçik övladım isə 1 yaşındadır. Sevinirəm ki, övladlarıma Qarabağımızı, kəndimizi sevdirə bilmişəm. Bundan sonra kəndimizin abadlığı, çiçəklənməsi üçün çalışacağıq"./Report

Seçilən
11
4
musavat.com

5Mənbələr