Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Turan-Tuvoz”un potensial rəqiblərindən bəziləri məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, təmsilçisimiz səpələnməmişlər səbətində yer alıb. Bu o deməkdir ki, Tovuz klubu reytinq baxımından özündən güclü komandalarla üz-üzə gələcək.
Onlardan bəzilərinin adları artıq məlumdur:
“Panatinaikos” (Yunanıstan), “AEK Larnaka” (Kipr), “Helsinki” (Finlandiya), “Brann” (Norveç), “Spartak Trnava” (Sloveniya), “Vaduts” (Lixtenşteyn), “Tobol” (Qazaxıstan), “Torşavn” (İslandiya) və “Panevejis”dir (Litva).
Xatırladaq ki, “Turan-Tovuz” mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq. Komanda avrokuboklarda ilk oyununu iyulda keçirəcək.