RU

Konfrans Liqası: “Turan Tovuz”un potensial rəqibləri

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Turan-Tuvoz”un potensial rəqiblərindən bəziləri məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçisimiz səpələnməmişlər səbətində yer alıb. Bu o deməkdir ki, Tovuz klubu reytinq baxımından özündən güclü komandalarla üz-üzə gələcək.

Onlardan bəzilərinin adları artıq məlumdur:

“Panatinaikos” (Yunanıstan), “AEK Larnaka” (Kipr),  “Helsinki” (Finlandiya), “Brann” (Norveç), “Spartak Trnava” (Sloveniya), “Vaduts” (Lixtenşteyn), “Tobol” (Qazaxıstan), “Torşavn” (İslandiya) və “Panevejis”dir (Litva).

Xatırladaq ki, “Turan-Tovuz” mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq. Komanda avrokuboklarda ilk oyununu iyulda keçirəcək.

Избранный
26
idmanxeber.az

1Источники