"Şəfa" komandası Azərbaycan I Liqasında çempionluğu təmin edib. SİA xəbər verir ki, Bakı təmsilçisi sona bir tur qalmış "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub etməklə ən yaxın izləyicisi "Səbail"lə xal fərqini 7-yə yüksəldib və Premyer Liqaya vəsiqəni təmin edib. Hazırda "Şəfa"nın 57 xalı var.
"Səbail" isə "Şahdağ Qusar"la oyunda xal itirməklə xallarını 50-yə çatdırıb və şansını pley-offa saxlayıb. Hazırda bu mərhələ uğrunda "Mingəçevir" ilə "Baku Sportinq" kollektivləri də mübarizə aparır.
Mətləb