AZ

"Şəfa" futbol üzrə Azərbaycan Premyer Liqasına yüksəlib

Bakı, 15 may, AZƏRTAC

"Şəfa" komandası Azərbaycan I Liqasında çempionluğu təmin edib.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi sona bir tur qalmış "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub etməklə ən yaxın izləyicisi "Səbail"lə xal fərqini 7-yə yüksəldib və Premyer Liqaya vəsiqəni təmin edib.

Hazırda "Şəfa"nın 57 xalı var.

"Səbail" isə "Şahdağ Qusar"la oyunda xal itirməklə xallarını 50-yə çatdırıb və şansını pley-offa saxlayıb. Hazırda bu mərhələ uğrunda "Mingəçevir" ilə "Baku Sportinq" kollektivləri də mübarizə aparır.

Seçilən
15
2
azertag.az

3Mənbələr