AZ

Azər Bağırov: Kəpəz dəki durum keçən ilə baxanda daha yaxşıdır

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azər Bağırov: "Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır"

Bu gün Misli Premyer Liqasında 32-ci tur çərçivəsində  "Kəpəz" səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.

QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

"Qarşımıza qoyulan minimum hədəfə çatdığımız üçün bu gün rotasiyalar etdik. "Araz-Naxçıvan"ı təbrik edirəm, onlara uğurlar arzulayıram".

- Futbolçuları "Neftçi" ilə oyuna necə motivasiya edəcəksiniz?

- Hər oyunda motivasiyamız var. Sadəcə olaraq bu gün mövsüm ərzində az oynayan futbolçulara şans verdik. Motivasiya vermək çətin olmayacaq. Düşünürəm ki, oyunçular "Neftçi" ilə matça yaxşı köklənəcəklər. 

- Həmin oyunda da gənclərə şans verməyi düşünürsünüz?

- Onu zaman göstərəcək. Azarkeşlərimizin qarşısında yaxşı oyun göstərəcəyimizi düşünürəm.

-Yeni rəhbərlik "Kəpəz"ə hansı yeniliklər gətirib?

- Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdır. Hər birinə böyük hörmətim var. Hər şeyi zaman göstərəcək. İldən-ilə futbolçular üçün şey daha yaxşı olmalıdır ki, nəticələr də yaxşı olsun.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
6
qol.az

9Mənbələr