AZ

"Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdı" - Azər Bağırov

Bu gün Misli premyer-liqasında 32-ci tur çərçivəsində "Kəpəz" səfərdə "Araz-Naxçıvan"a məğlub oldu - 0:2.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

- Qarşımıza qoyulan minimum hədəfə çatdığımız üçün bu gün rotasiyalar etdik. "Araz-Naxçıvan"ı təbrik edirəm, onlara uğurlar arzulayıram.

- Futbolçuları "Neftçi" ilə oyuna necə motivasiya edəcəksiz?
- Hər oyunda motivasiyamız var. Sadəcə olaraq bu gün mövsüm ərzində az oynayan futbolçulara şans verdik. Motivasiya vermək çətin olmayacaq. Düşünürəm ki, oyunçular "Neftçi" ilə matça yaxşı köklənəcəklər.

- Həmin oyunda da gənclərə şans verməyi düşünürsüz?
- Onu zaman göstərəcək. Azarkeşlərimizin qarşısında yaxşı oyun göstərəcəyimizi düşünürəm.

-Yeni rəhbərlik "Kəpəz"ə hansı yeniliklər gətirib?
- Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdı. Hər birinə böyük hörmətim var. Hər şeyi zaman göstərəcək. İldən-ilə futbolçular üçün şey daha yaxşı olmalıdı ki, nəticələr də yaxşı olsun.

Seçilən
20
6
football-plus.az

9Mənbələr