AZ

Son 9 ildə "Sabah" kimisi olmayıb

Bizon Azərbaycan Kubokunun dünən baş tutan finalında "Zirə"ni 2:1 hesabı ilə yenərək qalibi olan “Sabah” ötən mövsüm əldə etdiyi titulu qoruyub. 

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır təmsilçisi son 9 mövsümdə ardıcıl iki dəfə kuboku başı üzərinə qaldıran ilk komanda olub.

Son dəfə bu uğura “Qarabağ” imza atıb. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/15, 2015/16, 2016/17) kubok qazanıb.

Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan “Neftçi” öncə 1994/95, 1995/96, ardınca 2012/13, 2013/14 mövsümlərində bunu bacarıb. Kəpəz” (1996/97, 1997/98) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) da eyni nailiyyəti gerçəkləşdirib.

Seçilən
13
12
fanat.az

10Mənbələr