AZ

“Sabah” son 9 mövsümdə Azərbaycan Kubokunu ardıcıl iki dəfə qazanan ilk komanda olub

Azərbaycan Kubokunun qalibi adını qazanan “Sabah” ötən mövsümdə əldə etdiyi titulu qoruyub.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, Bakı klubu son 9 mövsümdə ilk komanda olub ki, ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb.

Sonuncu dəfə buna “Qarabağ” nail olub. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/15, 2015/16, 2016/17) kubok qazanıb.

Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan “Neftçi” öncə 1994/95, 1995/96, ardınca 2012/13, 2013/14-ci illər mövsümlərində bunu bacarıb. Kəpəz” (1996/97, 1997/98) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) da eyni nailiyyəti gerçəkləşdirib.

Seçilən
32
12
azerbaijan-news.az

10Mənbələr