AZ

Röya və Əkbərin Ay qız mahnısı geri qaytarıldı Plagiat iddiaları yalan çıxdı

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xalq artisti Röya və müğənni Əkbər Əliyev tərəfindən təqdim olunan "Ay qız" mahnısının plagiat olması ilə bağlı səsləndirilən iddialar öz təsdiqini tapmayıb.

BAKU.WS xəbər verir ki, sözləri Həmid Məmmədliyə, musiqisi isə Röya Ayxanın qardaşı İsmail Zadəyə məxsus olan "Ay qız" mahnısı 10 gün əvvəl YouTube platformasından silinmişdi.

Lakin İsmail Zadənin adından məsələ ilə bağlı rəsmi şəkildə YouTube-a əks müraciət təqdim edildikdən sonra bu 10 günlük mübahisə müddətində YouTube bəstəyə qarşı olan bütün iddiaları rədd edərək klipi bərpa etmişdir.

Beləliklə, "Ay qız" mahnısı yenidən YouTube platformasına qaytarılıb, səsləndirilən plagiat iddialarının isə əsassız olduğu ortaya çıxıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
4
baku.ws

5Mənbələr