AZ

Röya və Əkbərin “Ay qız”ı geri qaytarıldı - Plaqiat iddiaları yalan çıxdı

Xalq artisti Röya və müğənni Əkbər Əliyev tərəfindən təqdim olunan “Ay qız” mahnısının plaqiat olması ilə bağlı səsləndirilən iddialar öz təsdiqini tapmayıb.

Musavat.com xəbər verir ki, sözləri Həmid Məmmədliyə, musiqisi isə Röya Ayxanın qardaşı İsmail Zadəyə məxsus olan “Ay qız” mahnısı 10 gün əvvəl "YouTube" platformasından silinmişdi.

Lakin İsmail Zadənin adından məsələ ilə bağlı rəsmi şəkildə "YouTube"a əks müraciət təqdim edildikdən sonra bu 10 günlük mübahisə müddətində "YouTube" bəstəyə qarşı olan bütün iddiaları rədd edərək klipi bərpa edib.

Beləliklə, “Ay qız” mahnısı yenidən "YouTube" platformasına qaytarılıb, səsləndirilən plaqiat iddialarının isə əsassız olduğu ortaya çıxıb.

Könül

Musavat.com

Seçilən
15
4
musavat.com

5Mənbələr