AZ

Bu ölkənin senatında atəş səsləri eşidildi

Filipin Senatının binasında atəş səslərinin eşidilməsi paytaxt Manilada böyük həyəcana səbəb olub. Metbuat.az xəbər verir ki, insident Senatın növbəti iclası ərəfəsində baş verib. Məlumata görə, binanın daxilindən ard-arda bir neçə atəş səsi gəlib. Bildirilir ki, təhlükəsizlik protokolları dərhal işə salınıb. Senat binasındakı bütün şəxslər təxliyə edilib, giriş-çıxışlar tamamilə bağlanıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Yerli media atəş açan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində əməliyyatın davam etdiyini bildirib.

Seçilən
26
metbuat.az

1Mənbələr