Filipin Senatının binasında atəş səslərinin eşidilməsi paytaxt Manilada böyük həyəcana səbəb olub. Metbuat.az xəbər verir ki, insident Senatın növbəti iclası ərəfəsində baş verib. Məlumata görə, binanın daxilindən ard-arda bir neçə atəş səsi gəlib. Bildirilir ki, təhlükəsizlik protokolları dərhal işə salınıb. Senat binasındakı bütün şəxslər təxliyə edilib, giriş-çıxışlar tamamilə bağlanıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yerli media atəş açan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində əməliyyatın davam etdiyini bildirib.