Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi təmaslar aparmaq üçün Qazaxıstana səfər edib.Metbuat.az xəbər verir ki, dövlət başçısının sıx diplomatik proqramı paytaxt Astanadan başlayıb. Prezident Ərdoğan burada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə təkbətək görüş keçirəcək. Daha sonra liderlərin həmsədrliyi ilə Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası baş tutacaq. Astana görüşlərindən sonra Ərdoğan Türk dünyasının mənəvi paytaxtı Türküstana yollanacaq. O, burada Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Liderlər Zirvəsində iştirak edəcək.