AZ

SON DƏQİQƏ: İlham Əliyev və Ərdoğan bir araya gəldi - Türküstanda MÜHÜM GÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Türküstan şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, görüş Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Sammiti çərçivəsində baş tutub.

Görüş zamanı dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və regional məsələləri müzakirə ediblər.

Qeyd olunub ki, Prezident Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə də bir araya gələrək ikitərəfli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Türküstan şəhərində keçirilən bu mühüm görüşlər Türk dünyasının birliyi və TDT daxilindəki əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.



Musavat.com

Seçilən
0
3
musavat.com

4Mənbələr