AZ

Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...

ABŞ ordusunun kürd qruplaşmalar vasitəsilə İrana qarşı əməliyyat planı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dayandırılıb.

Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, bunu israilli jurnalist və analitik Amid Seqal iddia edib.

O bildirib ki, Vaşinqton və Təl-Əviv arasında İrana qarşı hazırlandığı iddia edilən ssenarilərə terror təşkilatlarının və silahlı qrupların yerləşdirilməsi də daxil edilib:

“Bu planın məqsədi, xüsusən də kürd qrupları vasitəsilə İran daxilində cəbhə yaratmaq və Tehran rejiminə təzyiq göstərmək üçün müxtəlif etnik qrupların eyni vaxtda hərəkət etməsini təmin etmək idi. Bu proses zamanı Prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
 

Ərdoğan telefon danışığında terror təşkilatları ilə əlaqəli qruplaşmaların regional təhlükəsizliyə yarada biləcəyi risklərə diqqət çəkib və kürd silahlı qruplarının belə bir əməliyyatda iştirakının Türkiyə üçün qəbuledilməz olduğunu xüsusi olaraq bildirib. Ərdoğanla telefon danışığından sonra Tramp administrasiyası planı yenidən qiymətləndirib.


Qərara alınıb ki, genişmiqyaslı fəaliyyətə çevrilə biləcək bir əməliyyat ideyası dayandırılmalıdır. Beləliklə, Ankaranın diplomatik müdaxiləsindən sonra terror təşkilatları vasitəsilə İran daxilində cəbhə açmaq cəhdi dayandırılıb”. (Axar.az)

Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr