AZ

Faktiki hava açıqlandı

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Mayın 13-ü saat 18:00-a olan faktiki hava açıqıanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən xəbərə görə, mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.

Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
39
axsam.az

10Mənbələr