AZ

Azərbaycanda bu ərazilərə dolu düşdü, şimşək çaxdı

Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.

Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.

***

Mayın 13-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, mayın 13-ü saat 18:40-18:53 radələrində Şuşa şəhərinə diametri 12-16 mm, Gədəbəy rayonunda isə saat 19:01-19:10 radələrində diametri 11 mm olan dolu düşüb.

Seçilən
1
39
sitat.info

10Mənbələr