AZ

Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA  

Mayın 13-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.

Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 millimetr olan dolu düşüb.

Seçilən
27
37
azerbaijan-news.az

10Mənbələr