Xətai rayonunda qohumunun evindən 20 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə *15000* manat nağd pul və *5000* manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.