Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq pul və qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.