AZ

Qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı

Xətai rayonunda qohumunun evindən 20 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15 000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Seçilən
33
20
buta.tv

10Mənbələr