AZ

Tanınmış xilasedici meşədə ayı ilə qarşılaşanda sağ qalmağın yollarını açıqladı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meşədə ayı ilə qarşılaşma anı bir çoxları üçün ən böyük qorxu olsa da, illərdir bildiyimiz bəzi qorunma üsulları əslində həyatımızı daha çox təhlükəyə ata bilər.Demokrat.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.Axtarış-xilasetmə mütəxəssisi Yana Vilçinskaya bu mövzuda kök salmış səhv təsəvvürləri ifşa edib.Xilasedici bildirir ki, ayı ilə üz-üzə gələndə özünü ölü kimi göstərmək ən böyük səhvlərdən biridir. Ayılar canlının qoxusunu bir neçə kilometr məsafədən ayıra bildiyi üçün bu hiylə heç bir nəticə vermir, əksinə vəziyyəti ağırlaşdırır.Bundan başqa, heyvanı qışqıraraq qorxutmağa çalışmaq və ya istiot qazından istifadə etmək onu daha da qəzəbləndirə bilər. Mütəxəssisin sözlərinə görə, ayıdan qaçmaq və ya ağaca dırmanmaq da xilas yolu deyil, çünki bu heyvanlar həm sürətlə qaçır, həm də ağaca dırmanmağı bacarır.Əslində ayıların insanlara hücum etməsi çox nadir hadisə hesab olunur. Vilçinskaya qeyd edir ki, əksər hallarda heyvan insanı gördükdə özü ərazidən uzaqlaşmağa üstünlük verir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
1
demokrat.az

2Mənbələr