AZ

Bu şəxslər Rasim Balayevin yerinə sədr olmaq istəyirlər - ADLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, həmin vəzifəyə iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq. pizza mizza

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.


Telegram kanalımız
Seçilən
15
7
yenisabah.az

10Mənbələr