AZ

Kinematoqrafçılar İttifaqının sədri postuna bu şəxslər namizəd olacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, sədr postuna iki namizəd var – Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.

AzPost.az

Seçilən
0
7
azpost.info

10Mənbələr