AZ

“İstəyərdim ki, Neymar dünya çempionatına getsin” – Lionel Messi

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi Braziliya yığmasının forvardı Neymar haqqında danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Messi Neymarın 2026-cı il dünya çempionatında iştirak etməsini istədiyini bildirib:

“Neymar mənim dostumdur. Ona görə də onunla bağlı yalnız yaxşı şeylər arzulayıram. O, həm insan, həm də futbolçu kimi buna layiqdir. Mən istəyərdim ki, dünya çempionatına getsin. Hamımız ən yaxşı futbolçuların orada oynamasını istəyirik.

Neymarla nə baş verməsindən asılı olmayaraq, o həmişə ən yaxşılar arasında olacaq. O, Braziliya futbolu üçün çox önəmlidir”.

Seçilən
53
50
idmanxeber.az

10Mənbələr