AZ

Aİ dən ABŞ yə sərt mesaj: “Hər ssenariyə hazırıq”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin Birlik mənşəli avtomobil və yük maşınlarına tətbiq olunan gömrük rüsumlarını 25 faizə qaldırmaq hədəsinə qarşı tərəflərin razılaşmanı icra etməli olduğunu, lakin bütün ssenarilərə hazır olduqlarını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Ursula fon der Lyayen və Aİ Şurasının sədri Antonio Koşta İrəvanda keçirilən Aİ–Ermənistan Zirvəsindən sonra təşkil olunan mətbuat konfransında çıxış ediblər.

“Razılaşma razılaşmadır və biz razılığa gəlmişik” deyən Ursula fon der Lyayen ABŞ ilə əldə olunan razılaşmanın əsasını rifah, ortaq qaydalar və etibarlılığın təşkil etdiyini vurğulayıb.

O qeyd edib ki, hazırkı mərhələdə hər iki tərəf müxtəlif demokratik prosedurlara hörmət göstərərək razılaşmanı həyata keçirməlidir.Aİ tərəfinin qalan gömrük öhdəliklərinin icrasının son mərhələsində olduğunu bildirən Ursula fon der Lyayen ABŞ tərəfinin isə razılaşdırılmış bəzi öhdəlikləri hələ tamamlamadığını deyib.

“Bu səbəbdən biz bu razılaşmadan qarşılıqlı qazanc, əməkdaşlıq və etibarlılıq gözləyirik. Hər ssenariyə hazırıq”, – deyə o əlavə edib.

Aİ Şurasının sədri Antonio Koşta isə bildirib ki, ticarət məsələlərində səlahiyyət tam şəkildə Aİ Komissiyasına məxsusdur və o, eləcə də 27 üzv ölkə Komissiyanın və sədrinin fəaliyyətini tam dəstəkləyir.

ABŞ Prezidenti Tramp cümə günü ticarət razılaşmasına əməl olunmadığını əsas gətirərək Aİ mənşəli avtomobil və yük maşınlarına tətbiq edilən gömrük rüsumunun 25 faizə qaldırılacağını açıqlamışdı.

Aİ ilə ABŞ arasında ticarət razılaşması üzrə danışıqlar 2025-ci ilin iyulunda Şotlandiyada Trampa məxsus Turnberry qolf sahəsində yekunlaşmışdı.

Razılaşmaya əsasən, Aİ ölkələri ABŞ məhsullarına gömrük rüsumu tətbiq etməməyi qəbul etmiş, əvəzində ABŞ-nin Aİ məhsullarına 15 faiz tarif tətbiq edəcəyi bildirilmişdi.

Aİ tərəfinin razılaşmanın təsdiq prosesini hələ tamamlamaması isə ABŞ-nin narazılığına səbəb olmuşdu.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
41
cebheinfo.az

10Mənbələr