Eyni zamanda, tərəflər siyasi əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldilər. Hazırkı dəyişkən geosiyasi şəraitdə Azərbaycan və İtaliya strateji tərəfdaş kimi bir-birini dəstəkləyir. C.Meloni də öz növbəsində vurğuladı ki, "ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir."
İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan bu gün İtaliyanın həm qaz, həm də neft təchizatında əsas tərəfdaşlardan biridir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
2025-ci ildə Azərbaycanın İtaliyaya ixrac etdiyi qazın həcmi rekord həddə çatıb. Bu əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. C.Meloni də vurğuladı ki, Azərbaycan Avropa ilə Asiya arasında strateji enerji və nəqliyyat qovşağı rolunu gücləndirir".