AZ

İtaliya-Azərbaycan münasibətləri: “Strateji əhəmiyyət daşıyır”

"Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Ciorcia Meloni tərəfindən səsləndirilən bəyanatlar bir daha göstərdi ki, iki ölkə arasındakı münasibətlər artıq sadəcə diplomatik əlaqələr çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Bu sözləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, rəsmi Bakı ilə Roma arasında formalaşan qarşılıqlı etimad həm siyasi, həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından Avropa məkanında mühüm əhəmiyyət daşıyır:

“Bu gün İtaliya Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri, Azərbaycan isə İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Xüsusilə, qaz təchizatı, nəqliyyat-logistika marşrutları, investisiya layihələri və sənaye əməkdaşlığı iki ölkə arasındakı əlaqələri daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb”.

398366

Ekspert qeyd edib ki, Azərbaycan-İtalya əməkdaşlığı emosiyalara deyil, real maraqlara, qarşılıqlı hörmətə və uzunmüddətli strateji baxışa söykənir:

“Bu isə müasir beynəlxalq münasibətlər sistemində nadir nümunələrdəndir. İtaliya Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərən, regionda sabitliyi dəstəkləyən ölkələr sırasında yer alır”.

Həmsöhbərimiz vurğulayıb ki, Ciorcia Meloninin Bakıya səfəri çərçivəsində hər iki tərəfdən verilən mesajlar qarşıdakı dövrdə yeni investisiyalar, sənaye əməkdaşlığı, Qarabağda bərpa layihələri və humanitar sahələrdə də münasibətlərin daha sürətli inkişafından xəbər verir:

“Nəzərə alsaq ki, İtaliya Avropanın mühüm ölkəsidir, bu qənaətə gəlmək olar ki, bundan sonra  Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpü rolunu oynayacaq”.

Günel Cəlilova

Seçilən
0
32
hit.az

10Mənbələr