EN

Bakı–Roma əməkdaşlığı yeni mərhələyə keçib- ÖZƏL

"Azərbaycan və İtaliya 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalayıb. İkitərəfli münasibətlərin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri isə Bakı-Roma əməkdaşlığının yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Prezident İlham Əliyevlə C.Meloni arasında keçirilən görüşlər göstərdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir. Xüsusilə diqqət çəkən məqam Meloninin Ermənistana səfərindən dərhal sonra Azərbaycana gəlməsi oldu. Bu addım Bakı ilə münasibətlərə verilən önəmin göstəricisi kimi qiymətləndirilir və bunu regionda balanslı yanaşma hesab etmək olar.

Eyni zamanda, tərəflər siyasi əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldilər. Hazırkı dəyişkən geosiyasi şəraitdə Azərbaycan və İtaliya strateji tərəfdaş kimi bir-birini dəstəkləyir. C.Meloni də öz növbəsində vurğuladı ki, "ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir."

İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan bu gün İtaliyanın həm qaz, həm də neft təchizatında əsas tərəfdaşlardan biridir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

2025-ci ildə Azərbaycanın İtaliyaya ixrac etdiyi qazın həcmi rekord həddə çatıb. Bu əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. C.Meloni də vurğuladı ki, Azərbaycan Avropa ilə Asiya arasında strateji enerji və nəqliyyat qovşağı rolunu gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
1
olaylar.az

10Sources