AZ

Makron: Ermənistanın təhlükəsizliyi üçün Rusiyadan asılılıq azaldılmalıdır...

Fransa prezidenti Avropanı İrəvana dəstək verməyə çağırıb...

Fransa Prezidenti Emmanuel Macron Ermənistanın təhlükəsizlik sistemində daha müstəqil mövqe tutmasının vacibliyini vurğulayaraq Avropanı bu ölkəyə dəstək verməyə çağırıb.

Poliqon xəbər verir ki, Makronun sözlərinə görə, hazırda Ermənistan ərazisində hələ də minlərlə Rusiya hərbçisi və sərhəd xidməti əməkdaşı yerləşir.

Fransa lideri bildirib ki, Ermənistan ərazisində təxminən 4 min Rusiya hərbçisi və 1000-dən çox sərhədçi fəaliyyət göstərir. Onun fikrincə, bu vəziyyət ölkənin təhlükəsizlik baxımından xarici asılılığını artırır və Avropa bu istiqamətdə alternativ mexanizmlərin formalaşdırılmasına kömək etməlidir.

Makron qeyd edib ki, mövcud geosiyasi şəraitdə dövlətlərin təhlükəsizlik məsələlərində tək bir tərəfdaşdan həddindən artıq asılı olması risklidir. “Bugünkü dünyada Rusiyaya həddindən artıq güvənmək düzgün deyil”, deyə o vurğulayıb.

Analitiklər hesab edirlər ki, Fransanın bu mövqeyi Avropa İttifaqının Cənubi Qafqaz regionunda təsirini artırmaq strategiyasının tərkib hissəsidir. Eyni zamanda, bu çağırış Ermənistanın təhlükəsizlik arxitekturasında mümkün dəyişikliklərə işarə edir.

Ekspertlərin fikrincə, belə bəyanatlar regionda geosiyasi balansın yenidən formalaşmasına təsir göstərə bilər və böyük güclər arasında rəqabətin daha da kəskinləşməsinə səbəb ola bilər.

Poliqon.info

Seçilən
20
50
poliqon.info

10Mənbələr