AZ

“Tənqid mənim işimi çətinləşdirmir, əsl problem hər oyunda qalib gəlmək məcburiyyətidir”

“Liverpul”un baş məşqçisi Arne Slot ona yönələn tənqidlərə münasibət bildirib.

“Qırmızılar” üçün cari mövsüm uğurlu keçmədiyinə görə, niderlandlı mütəxəssisin gələcəyi ilə bağlı suallar artıb.

Lakin Slot tənqidlərin onun işinə təsir etmədiyini deyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, tənqidin onun işini çətinləşdirmədiyini söyləyib:

“Tənqid mənim işimi çətinləşdirmir. Mənim üçün əsl problem hər oyunda qalib gəlmək məcburiyyətidir,

xüsusən də heyətdə çoxlu zədəli və əlçatmaz futbolçular olduqda. Bu, həqiqətən çətindir”.

“Liverpul” mayın 3-də, Premyer Liqa çərçivəsində səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.

Seçilən
59
50
sportinfo.az

10Mənbələr