AZ

İranda 21 yaşlı idmançı edam edilib

İranda 21 yaşlı idmançı Sasan Azadvarı edam edilib.

Ölkə.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Bildirilib ki, 2026-cı ilin yanvarında İsfahanda keçirilən etirazlar zamanı saxlanılan Sasan məhkəmə tərəfindən düşmənlə əməkdaşlıq, polis maşınını yandırmaq, iğtişaş yaratmaq və insanları zorakılığa təhrik etməkdə ittiham olunub.

İranın Məhkəmə-Ədliyyə Təşkilatı gənc karateçi barəsində edam hökmü çıxarıb və qərar icra olunub.

Qeyd edək ki, Sasan həbs olunandan İsfahanın Dəstgerd həbsxanasında saxlanılırdı.

Seçilən
59
30
olke.az

10Mənbələr