İranda 21 yaşlı idmançı Sasan Azadvarı edam edilib.
Azreform.info xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvarında İsfahanda keçirilən etirazlar zamanı saxlanılan Sasan məhkəmə tərəfindən düşmənlə əməkdaşlıq, polis maşınını yandırmaq, iğtişaş yaratmaq və insanları zorakılığa təhrik etməkdə ittiham olunub.
İranın Məhkəmə-Ədliyyə Təşkilatı gənc karateçi barəsində edam hökmü çıxarıb və qərar icra olunub.
Qeyd edək ki, Sasan həbs olunandan İsfahanın Dəstgerd həbsxanasında saxlanılırdı.