AZ

İranda etiraz aksiyalarının iştirakçısı edam edildi - FOTO

Bu gün İranda "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə edam edilib.
 
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, 28 yaşlı Mehrab Abdullazadə Urmiya şəhərinin sakini olub və 2022-ci il oktyabrın 30-da Məhsa Əmininin ölümündən sonra ölkə boyu başlayan kütləvi etirazlar fonunda həbs edilib.
 
İslam Respublikasının məhkəmə-ədliyyə sistemi Abdullazadəni "ölkədə iğtişaşlar yaratmaq"da təqsirli bilib. İstintaq orqanları onun Urmiyada hökumətyönlü könüllü qrupun üzvü Abbas Fatemiyyənin ölümü ilə bağlı hadisədə iştirak etdiyini iddia ediblər.
 
Bir gün əvvəl insan haqları fəalları Abdullazadənin təkadamlıq kameraya köçürüldüyünü və zindandan naməlum istiqamətdə aparıldığını bildirmişdilər.

 

Seçilən
0
20
moderator.az

10Mənbələr