AZ

Radikal qruplaşmalar Malidə hakimiyyəti ələ keçirməyə cəhd edib

Radikal qruplaşmalar hakimiyyəti ələ keçirmək və keçid dövrünü pozmaq məqsədilə aprelin 25-də Malinin bir sıra rayonlarında koordinasiya edilmiş hücumlar həyata keçiriblər.

"Report" ORTM telekanalına istinadən xəbər verir ki, bu barədə keçid dövrünün Baş naziri Abdulaye Mayqa Bamakoda hökumətdə keçirilən brifinqdə bildirib.

"Düşmənin məqsədi sadəcə terror aktları törətmək deyil, respublika təsisatlarını dağıtmaq və keçid prosesini dayandırmaq yolu ilə hakimiyyəti ələ keçirmək idi", - o bildirib.

Baş nazirin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin cavabı Prezidentin rəhbərliyi altında silahlı qüvvələrin fəaliyyətinin nəticəsi olub. O iddia edir ki, ölkənin bütün ərazisində yüzlərlə terrorçunu zərərsizləşdirmək mümkün olub.

A.Mayqa həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin və baş vermiş hücumlardan dərs çıxarılmasının vacibliyini vurğulayıb.

Qeyd olunur ki, aprelin 25-də Malinin müxtəlif bölgələrində 20-yə yaxın şəhər və yaşayış məntəqəsi hücumlara məruz qalıb.

Seçilən
38
15
far.az

10Mənbələr