AZ

Starmer fövqəladə toplantı çağırdı

Böyük Britaniyanın Baş naziri Kir Starmer İran münaqişəsinin təsirlərini müzakirə etmək məqsədilə fövqəladə hallar komitəsinin iclasına rəhbərlik edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Kir Starmer Britaniyanın USDAW həmkarlar ittifaqı nümayəndələrinə müraciəti zamanı bildirib.

Hökumət başçısı qeyd edib ki, ABŞ və İran arasındakı hərbi toqquşmanın mümkün nəticələrinə həsr olunacaq və onun sədrlik edəcəyi "Cobra" fövqəladə hallar komitəsinin iclası aprelin 28-də, çərşənbə axşamı keçiriləcək.

"Növbəti gün İngiltərə Bankının rəsmilərinin də qatılacağı "Cobra" toplantısına rəhbərlik edəcəyəm. İclasda Yaxın Şərqdəki gərginliyin nəticəsi olaraq vətəndaşların yaşayış xərclərinin artması məsələsi nəzərdən keçiriləcək", - deyə Starmer USDAW həmkarlar ittifaqı üzvləri qarşısında çıxışında vurğulayıb.

O, bu vəziyyətə nümunə kimi yanacaq məhsullarının qiymətlərindəki bahalaşmanı göstərib.

Xatırladaq ki, Birləşmiş Krallıq ABŞ və İran arasındakı münaqişədə iştirak etmək niyyətində olmadığını açıqlayıb. Baş nazirin müavini Devid Lemmi bildirib ki, Vaşinqton tərəfindən edilən təzyiqlərə baxmayaraq, London bu hərbi əməliyyatlara qoşulmayacaq.

Seçilən
25
46
moderator.az

10Mənbələr