AZ

Kir Starmer: İranda müharibə britaniyalıların istehlakçı vərdişlərini dəyişdirə bilər

Böyük Britaniyanın Baş naziri Kir Starmer İranla bağlı davam edən münaqişə fonunda qiymətlərin artmasının Britaniyanın tətil planlarına təsir göstərə biləcəyi ehtimalını istisna etməyib.

"Report"un məlumatına görə, o, bu barədə "Sky News"a telekanalına bildirib.

"Deyə bilərəm ki, mənfi təsirlər davam edərsə, insanlar bu il hara səyahət etdikləri, supermarketdən nə aldıqları və bu kimi şeylər baxımından vərdişlərini dəyişə bilərlər", - Starmer deyib.

O, qeyd edib ki, 28 apreldə keçirilməsi planlaşdırılan hökumətin "Cobra" Fövqəladə Hallar Komitəsinin iclasında bu məsələlərə toxunulacaq.

Seçilən
21
19
far.az

10Mənbələr