AZ

Starmer: İran müharibəsi britaniyalıların istehlak vərdişlərini dəyişə bilər

BAKI, 28 aprel. TELEQRAF

Böyük Britaniyanın baş naziri Keir Starmer İranda davam edən müharibənin iqtisadi təsirlərinin ölkədə istehlak davranışlarını dəyişə biləcəyini istisna etməyib.

Teleqraf xəbər verir ki, o, “Sky News” telekanalına müsahibəsində qiymət artımının davam edəcəyi təqdirdə vətəndaşların həm səyahət planlarını, həm də gündəlik alış-veriş vərdişlərini yenidən nəzərdən keçirə biləcəyini deyib.

“Əgər mənfi təsirlər davam edərsə, insanlar bu il hara səyahət edəcəklərini, supermarketdən nə alacaqlarını dəyişə bilərlər”, - deyə baş nazir bildirib.

Qeyd olunub ki, bu məsələlər aprelin 28-nə planlaşdırılan fövqəladə hökumət komitəsi “Cobra”nın iclasında müzakirə olunacaq.

Bildirilib ki, daha əvvəl “The Times” qəzeti Böyük Britaniya hökumətinin İranda münaqişənin uzanması fonunda ərzaq və içki çatışmazlığı riskinə qarşı tədbirlər hazırladığını yazıb.

Məlumata görə, Hörmüz boğazının bağlanması qida sənayesi üçün vacib olan karbon qazı çatışmazlığına, həmçinin avtomobil yanacağı və aviasiya kerosininin qiymətlərinin kəskin artmasına səbəb ola bilər ki, bu da yay mövsümü ərəfəsində aviabiletlərin bahalaşmasına təsir edəcək.

Seçilən
27
8
teleqraf.com

10Mənbələr