AZ

Ombudsman yanğın baş verən internat məktəbinə baş çəkdi - FOTO

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində internat  müəssisəsində başçəkmə həyata keçirilib.


Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Elm və Təhsil Nazirliyinin Bakı şəhərində yerləşən 3 nömrəli internat tipli  xüsusi ümumtəhsil məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Milli Preventiv Qrupunun üzvləri tərəfindən həmin müəssisəyə plandankənar başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı uşaqların sağlamlıq, o cümlədən təhlükəsiz və sağlam şəraitdə yaşamaq hüquqlarının təmini məsələləri yerində araşdırılıb.

Milli Preventiv Qrup üzvləri  tərəfindən uşaqlarla fərdi qaydada söhbətlər aparılıb, onların vəziyyəti ilə maraqlanılıb, narahatlıq doğuran məsələlər öyrənilib.

 Müəssisə rəhbərliyi və aidiyyəti əməkdaşlarla da görüş keçirilərək baş vermiş hadisənin səbəbləri və nəticələrinin aradan qaldırılması istiqamətində görülmuş tədbirlər barədə məlumatlar əldə edilib.

Məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

Seçilən
20
10
manset.az

10Mənbələr