AZ

Bakıda yanğın olan məktəbdə yoxlama aparılıb (FOTO)

Bakı. Trend:

Milli Preventiv Qrupunun üzvləri tərəfindən Bakıda yerləşən 3nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə plandankənarbaşçəkmə həyata keçirilib.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) SəbinəƏliyevanın tapşırığına əsasən, Elm və Təhsil Nazirliyinin Bakışəhərində yerləşən 3 nömrəli internat tipli xüsusi ümumtəhsilməktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Milli PreventivQrupunun üzvləri tərəfindən həmin müəssisəyə plandankənar başçəkməhəyata keçirilib.

Başçəkmə zamanı uşaqların sağlamlıq, o cümlədən təhlükəsiz vəsağlam şəraitdə yaşamaq hüquqlarının təmini məsələləri yerindəaraşdırılıb.

Milli Preventiv Qrup üzvləri tərəfindən uşaqlarla fərdi qaydadasöhbətlər aparılıb, onların vəziyyəti ilə maraqlanılıb, narahatlıqdoğuran məsələlər öyrənilib.

Müəssisə rəhbərliyi və aidiyyəti əməkdaşlarla da görüşkeçirilərək baş vermiş hadisənin səbəbləri və nəticələrinin aradanqaldırılması istiqamətində görülmuş tədbirlər barədə məlumatlarəldə edilib.

Qeyd edilib ki, məsələ Ombudsman tərəfindən nəzarətdəsaxlanılır.

Bakıda
Bakıda
Seçilən
29
8
az.trend.az

10Mənbələr