AZ

Bakı metrosunda vaqonlarda qalan sərnişinlər belə təxliyə edilir VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Hazırda Bakı metrosunda vaqonlarda qalan sərnişinlərin təxliyəsi həyata keçirilir.Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.Qeyd edək ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
bizim.media

10Mənbələr