Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib: “Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək”.
Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.