AZ

Bakı metrosunun bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib

Sia Az saytına istinadən ain.az xəbər verir.

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
43
sia.az

10Mənbələr