AZ

Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 187 milyon dolları ötüb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 187 milyon 37 min ABŞ dolları dəyərində 137 min 847 ton meyvə-tərəvəz ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 33 milyon 666 min dollar (21,9 %), həcm baxımından isə 5 min 557 ton (4,2 %) çoxdur.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 21,7 % təşkil edib.

Yanvar-mart aylarında Azərbaycan 109 milyon 935 min ABŞ dolları dəyərində 129 min 1,57 ton meyvə-tərəvəz idxal edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3 milyon 682 min dollar (3,4 %) artıb, həcm baxımından isə 11 min 526 ton (8,2 %) azalıb.

Hesabat dövründə meyvə-tərəvəz idxalından əldə edilən gəlir Azərbaycanın idxal gəlirlərinin 2,7 %-ni təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

"Cebheinfo.az"

Seçilən
19
17
cebheinfo.az

10Mənbələr