AZ

Azərbaycanın xurma ixracından gəliri 3 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 40 min 496 ton xurma ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32 milyon 79 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 287 ton (11,5 %) , dəyər baxımından isə 840 min dollar (2,5 %) azalıb.

Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

"Cebheinfo.az"

Seçilən
1
4
cebheinfo.az

10Mənbələr