AZ

Vüqar Həşimovun qardaşının Avropa Şahmat Birliyinin vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb

Bakı, 20 aprel, AZƏRTAC

Mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşı Sərxan Həşimovun Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ECU-nun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, S. Həşimovun namizədliyi Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən verilib. AŞF Birliyin prezidenti vəzifəsinə seçkilərdə isə gürcüstanlı Zurab Azmayparaşvilini dəstəkləyir.

Qeyd edək ki, Avropa Şahmat Biriliyinin rəhbərliyinə seçkilər bu il iyunun 18-də keçiriləcək.

 

Seçilən
2
4
azertag.az

6Mənbələr